AZ

İranda Natanza hücumdan sonra radiasiya sızması qeydə alınmayıb

İsrailin İranın Natanzdakı nüvə obyektinə endirdiyi zərbədən sonra radiasiya sızması əlamətləri müşahidə olunmayıb. Bu barədə İran dövlət televiziyası cümə günü məlumat yayıb.

Rəsmi açıqlamada hücumdan sonra hər hansı radioaktiv çirklənmə qeydə alınmadığı bildirilir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Natanzdakı uranın zənginləşdirilməsi obyektinə zərbə endirildiyini təsdiqləyib. Agentliyin rəhbəri Rafael Qrossi bildirib ki, MAQATE vəziyyəti diqqətlə izləyir və İran hakimiyyəti ilə radiasiya səviyyələri ilə bağlı əlaqə saxlayır.

Bundan əvvəl IRNA agentliyi hücumdan sonra obyekt ərazisində partlayış baş verdiyini xəbər vermişdi.

N.Təbrizli

Seçilən
32
50
anews.az

10Mənbələr