İsrailin İrana qarşı hava hücumları davam edəcək və günlərlə davam edəcəyi gözlənilir.
“Cebheinfo.az” xəbər verir ki, müdafiə mənbələri cümə günü səhər məlumatı “Jerusalem Post”-a təsdiqləyib.
Cümə günü səhər tezdən onlarla hərbi obyektə və İranın nüvə obyektlərinə zərbələrin ilk dalğasında onlarla İsrail təyyarəsi iştirak edib.
Qəzet yazır ki, yerli vaxtla səhər saat 4:30-a olan məlumata görə, İsrail Hərbi Hava Qüvvələri hələ də irimiqyaslı hücumlar həyata keçirib: “Konkret dayanma əlaməti yoxdur”.
İsrailin Baş naziri Benyamin Netanyahu İranın “nüvə silahı olmasa belə milyonlarla israillini öldürə biləcək on minlərlə ballistik raket istehsal etməyə hazırlaşdığını” deyib.