AZ

İsrail hücumdan əvvəl İranda xüsusi baza yaradıbmış... – Əməliyyatın SENSASİON DETALLARI

İsrailin “Mossad” kəşfiyyatının İranın raket potensialını və hava hücumundan müdafiə sistemlərini zəiflətmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı əməliyyatın detalları açıqlanıb.

Bizim.Media İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə israilli siyasi şərhçi Amit Seqal təhlükəsizlik mənbəsinə istinadən məlumat verib.

Seqalın sözlərinə görə, İsrail mühüm kəşfiyyat məlumatları toplayıb və İranın yüksək səviyyəli təhlükəsizlik rəsmilərini və nüvə alimlərini tapmaq və hədəfə almaq üçün müşahidə aparıb:

“Mərkəzi İranda “Mossad” döyüşçüləri yüksək dəqiqlikli silah sistemlərini İranın zenit-raket komplekslərinin yaxınlığında yerləşdirib. İsrailin hava hücumu başladıqda bu sistemlər aktivləşdirilərək hədəflərə zərbələr endiriblər.
 

Başqa bir əməliyyat çərçivəsində nəqliyyat vasitələrinə xüsusi sistemlər quraşdırılıb və bu sistemlər İsrail qırıcılarına təhlükə yaradan İran HHM qurğularını sıradan çıxarmaq üçün istifadə olunub. Hədəflər tamamilə məhv edilib.


Hücumdan xeyli əvvəl “Mossad” İranda kamikadze dronların yerləşdirildiyi gizli baza yaradıb. İsrailin hava əməliyyatı zamanı bu pilotsuz aparatlar aktivləşdirilərək Tehranın yaxınlığındakı Əsfəğabad bazasında yerləşən “yer-yer” tipli raket qurğularına hücum ediblər”.

Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.

Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.

Bizim.Media

Seçilən
27
50
bizim.media

10Mənbələr