Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin hücumundan sonra İran hakimiyyəti ilə əlaqə saxlayıb.
Editor.az xəbər verir ki, bunu təşkilatın baş direktoru Rafael Qrossi bildirib. Onun sözlərinə görə, Tehran Natanzdakı nüvə obyektinə hava zərbəsi endirilməsi barədə MAQATE-ni məlumatlandırıb. Qrossinin sözlərinə görə, eyni zamanda, Buşehr AES-i İDF-nin hədəfi olmayıb: “MAQATE İrandakı son dərəcə narahatedici vəziyyəti diqqətlə izləyir. Agentlik Natanz obyektinin hədəflər arasında olduğunu təsdiqləyə bilər”, – MAQATE X sosial şəbəkəsində yaydığı bəyanatda deyilir. Daha sonra Agentlik Natanz obyektində radiasiyanın səviyyəsinin keçmədiyini bildirib.
İsrail Hərbi Hava Qüvvələri bu gecə İran ərazisinə “önləyici zərbə” endirib. Nəticədə SEPAH komandiri Hüseyn Salami, Baş Qərargah rəisi Məhəmməd Baqiri və nüvə alimləri həlak olub. Tehran mediasının məlumatına görə, Natanz obyektində partlayış səsləri eşidilib.
//Samir Qurbanov, Editor.az