AZ

ADAU-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 iyun - Milli Qurtuluş Gününün 32-ci ildönümünə həsr olunmuş “15 iyun Milli Qurtuluş günü - Tarixi Zəfərə gedən yolun başlanğıcıdır” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Dövlət Himninin səsləndirilməsindən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək tarixə qızıl hərflərlə yazılan bu əlamətdar günün Ulu Öndər Heydər Əliyevin adı bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, XX əsrin 90-cı illərinin əvvəllərində Vətənimiz müstəqillik əldə etmək şansını qazansa da, onu itirmək təhlükəsi ilə də üz-üzə qaldı. Bu dönəmdə qədirbilən xalqımız Azərbaycanı bu çətin vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevi təkidlə yenidən ölkəmizin siyasi rəhbərliyinə dəvət etdi. Ulu Öndər Heydər Əliyev həmin dövrdə, ilk növbədə, Azərbaycanı parçalanmaq təhlükəsindən qorudu, vətəndaş müharibəsinin qarşısını aldı, vətənimizin davamlı, hərtərəfli inkişafını təmin etdi. Rektor Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dövlətimizin müstəqilliyinin qorunmasından və daha da möhkəmlənməsindən, eləcə də 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından və şanlı Qələbəmizdən ətraflı bəhs edib.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ölkəmizin iqtisadi, siyasi, hərbi inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd edərək bildirilib ki, qüdrətli Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu Vətənə xidmətin parlaq nümunəsidir.

İctimai fənlər kafedrasının əməkdaşları Samirə Qasımova, Səbinə Əlizadə, “bitki mühafizəsi” ixtisasının II kurs tələbəsi Aytən Hüseynova çıxışlarında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafdan, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən bəhs ediblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdə mühüm rol oynayan diplomatik strategiyanın təməli də məhz Heydər Əliyevin hakimiyyət illərində qoyulub.

Seçilən
49
50
unikal.az

10Mənbələr