AZ

İsrail Tehran yaxınlığında gizli PUA bazası yaradıbmış

İsrail mediası İsrailin İrandakı əməliyyatının təfərrüatlarını açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu mürəkkəb əməliyyat illər əvvəldən planlaşdırılıb.

Belə ki, Mossad komandoları ilə İsrail ordusu arasında əməkdaşlığın nəticəsi olan çoxşaxəli əməliyyat İranda hökumətin içinə daxil olaraq və İran torpağında pilotsuz uçuş aparatı (PUA) bazası qurmaqla həyata keçirilib. 

İsrailin təhlükəsizlik rəsmilərindən biri bildirib ki, ötən illər ərzində Mossad gizli şəkildə İran torpaqlarında İslam Respublikasının strateji raket infrastrukturuna və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirmək üçün nəzərdə tutulmuş imkanlar inkişaf etdirib:

 - İran torpaqlarında idarə olunan silahların yerləşdirilməsi: Mossad komando qrupları artıq İslam Respublikasının yer-hava raket sistemlərinə yaxın açıq ərazilərdə qabaqcıl əməliyyat sistemlərini yerləşdirmişdilər.

Hücumun başlaması ilə İslam Respublikasının hava hücumundan müdafiə imkanlarını pozmaq və İsrailin hava hücumlarına yol açmaq üçün bu silahlar koordinasiyalı şəkildə və yüksək dəqiqliklə əvvəlcədən müəyyən edilmiş hədəflərə atılıb.

- Nəqliyyat vasitələrində qabaqcıl texnologiyaların inkişafı və tətbiqi: Mossad əvvəllər gizli şəkildə İrana gətirilən avtomobillərə qabaqcıl hücum sistemləri quraşdırmışdı.

Hücum başlayarkən bu silahlarla İslam Respublikasının müdafiə sistemləri atəşə tutularaq onları tamamilə sıradan çıxarıb.

- Tehran yaxınlığında partlayıcı pilotsuz uçan aparat bazasının yaradılması: Mossad Tehranın kənarında yerləşən raket bazası yaxınlığında intiharçı pilotsuz təyyarələr üçün gizli baza yaratmışdı və bu bazadan pilotsuz təyyarələr İslam Respublikasının raket buraxılış qurğularına atılıb. 

İsrail mənbələrinə görə, görünməmiş və çox mürəkkəb olan bu əməliyyat İslam Respublikasının regionda hərbi təsirinin genişlənməsinin qarşısını almaq və onun raket və nüvə proqramlarını məhdudlaşdırmaq üçün İsrailin daha geniş strategiyasının bir hissəsidir. 

Ağarza Elçinoğlu 

Seçilən
35
17
unikal.az

10Mənbələr