Xəbər verdiyimiz kimi, İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri də öldürülüb.
"Unikal" məlumat verir ki, general ölümündən bir gün əvvəl döyüş bölgəsinə gedib, o cümlədən sərhəddə hərbi bazalara baş çəkib.
O, SEPAH Quru Qoşunları döyüşçüləri ilə görüşüb və şimal-qərb bölgələrindəki insanların davamlı təhlükəsizliyini bu bölgədəki döyüşçülərin fədakarlıqları və şücaətləri ilə əlaqələndirib.
Gülayə Mecid