AZ

İsrail Ərdəbilə də zərbə endirdi – VİDEO

İsrail Ərdəbildə hərbi radar qurğusunu məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Khabarfouri” nəşri məlumat yayıb.

Belə ki, İsrail İranın Azərbaycanla sərhəddə, Ərdəbil əyalətinin Xoruzlu kəndində yerləşən hərbi radar qurğusuna hava zərbəsi endirib. 

Məlumata görə, hücum nəticəsində obyekt tamamilə sıradan çıxarılıb. 
 

Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib.


Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb. İran yaxın günlərdə sərt cavab tədbirlərinin görüləcəyini elan edib.

 Bizim.Media

Seçilən
55
50
bizim.media

10Mənbələr