AZ

Xamenei: İsrail ağır cəzalandırılmalıdır

BAKI, 13 iyun. TELEQRAF

İsrail ağır cəzalandırılmalıdır. İranın qüdrətli Silahlı Qüvvələri düşməndən əl çəkməyəcək.

Teleqraf İRNA-ya istinadən xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Əli Xamanei xalqa axşam müraciətində bildirib.

“Düşmən hücumlarında bir neçə komandir və alimimiz öldürülüb. Onların davamçıları və həmkarları öz vəzifələrinə davam edəcəklər. İsrail bu cinayətlə özünə acı və ağrılı aqibət hazırladı və bu aqibəti mütləq yaşayacaq”, - İranın Ali Rəhbəri deyib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.
İran Prezidenti Məsud Pezeşkian və Ali Rəhbər Əli Xamanei İranın İsrailə cavab zərbəsi endirəcəyini bəyan edib.

Seçilən
693
50
teleqraf.com

10Mənbələr