ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb.
Sitat.info xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü CNN-ə bildirib.
İsrail cümə günü gecə saatlarında İrana zərbələr endirib. Əməliyyatın hədəfi İslam Respublikasının nüvə obyektləri olub. İsrail Hərbi Hava Qüvvələri Natanz və Fordoda uranın zənginləşdirilməsi obyektlərinə, Kirmanşah və Xürrəmabaddakı raket bazalarına, həmçinin Tehran, İsfahan, Təbriz və İranın digər iri şəhərlərinə zərbələr endirib.
Hücumlarda SEPAH komandiri Hüseyn Salami, Baş Qərargah rəisi Məhəmməd Baqiri, SEPAH-ın Hatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Bazasının komandanı general-mayor Qulam Əli Rəşid və digər yüksək rütbəli hərbi zabitlər, həmçinin altı nüvə alimi həlak olub. Natanz nüvə obyektində də partlayışlar baş verib. İran agentliklərinin məlumatına görə, İsrailin zərbələri nəticəsində 78 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
İran buna cavab olaraq İsrailə raket zərbələri endirib. Hazırda Tehran hücumu nəticəsində 22 nəfərin yaralandığı bildirilir.
Nigar,
Sitat.info