AZ

İsrailli səfir: Təl-Əviv İranın nüvə infrastrukturunun tam neytrallaşdırılmasına yaxındır

Biz İranın nüvə infrastrukturunu həmişəlik tam neytrallaşdırmağa çox yaxın ola bilərik.

“Report” xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəki səfiri Yehiel Layter CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Təl-Əvivdə İranın nüvə infrastrukturuna nə qədər ziyan vura biləcəklərini “kampaniya başa çatana qədər” bilmirlər.

“Bu sualı mənə dörd-beş gün sonra verin və hərbçilərimiz müxtəlif nüvə obyektlərinə vura bildikləri ziyanı qiymətləndirdikdən sonra daha dəqiq qiymətləndirmə verə bilərəm”, – Layter bildirib.

Eyni zamanda, diplomat vurğulayıb ki, İsrail İran xalqı ilə deyil, “nüvə enerjisi əldə etmək niyyətində olan rejim”lə savaşır.

Seçilən
42
50
report.az

10Mənbələr