BAKI. 14 iyun. TELEQRAF
İranın İsrailə endirdiyi dörd dalğa raket zərbələri nəticəsində ümumilikdə 2 nəfər ölüb, 70 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Nəşr İran raketlərinin əksəriyyətinin ya vurulduğunu, ya da hədəfə çatmadığını iddia edib.
Məlumata görə, İsrailin mərkəzi hissəsinə son hücum dalğası nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb. Həmçinin təxminən altı binaya ciddi zərər dəydiyi bildirilir.