Dünən gecədən bəri İran İsrailə 200 ballistik raket atıb.
Viral.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Raketlərin əksəriyyəti hava hücumundan müdafiə vasitələri ilə zərərsizləşdirilib. Hərbçilərin sözlərinə görə, təxminən 25%-i, yəni 50-dən az raket kritik infrastruktura zərər vermədən açıq ərazilərə düşüb.
Son Yazılar:
- Gecədən İran İsrailə 200 ballistik raket ATDI
- İrandan Britaniya, Fransa və ABŞ-yə xəbərdarlıq
- İsrail İrandakı əməliyyatını genişləndirir
IDF onu da bildirir ki, “az sayda” raket Hava Hücumundan Müdafiə sistemlərini keçərək İsrailin mərkəzində yerləşən Tel-Əviv, Ramat Qan və Rişon Lezion kimi yaşayış məntəqələrinə düşüb, nəticədə insan tələfatı və dağıntılar baş verib.
Raket zərbələri nəticəsində üç israilli həlak olub, təxminən 70 nəfər isə yaralanıb.