AZ

İran Prezidenti: İsrailin ABŞ ilə zərbələri koordinasiyası Vaşinqtonun etibarsızlığını göstərir

İsrailin İranın nüvə proqramı ilə bağlı danışıqların ortasında İrana zərbələrini ABŞ ilə əlaqələndirməsi Vaşinqtonun etibarsızlığını nümayiş etdirir.

"Report"un məlumatına görə, İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bunu Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında deyib.

"İsrailin danışıqların ortasında İran ərazisini işğal etmək üzrə hərəkətlərinin ABŞ-la əlaqələndirilməsi rəsmi Vaşinqtonun vicdansızlığı və etibarsızlığının əlamətidir", - Prezidentin Mətbuat xidməti onun sözlərini sitat gətirib.

Pezeşkianın sözlərinə görə, İsrail İrana qarşı təcavüzünü davam etdirəcəyi təqdirdə daha güclü cavab alacaq.

Seçilən
25
3
report.az

10Mənbələr