AZ

Daha bir helikopter qəzası: 7 nəfər həlak oldu

Hindistanın şimalında Himalay dağlarında helikopter qəzaya uğrayıb.
 
Məlumatı ANI agentliyi yayıb.
 
Məlumata görə, təyyarədə pilot da daxil olmaqla 7 nəfər olub.
 
NDTV xəbər verir ki, təyyarədə olanların hamısı həlak olub. Ölənlərin sayı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
 
Helikopter Uttarakhandın dağlıq bölgəsindəki Kedarnath kəndindən qayıdırmış. Qəzanın əlverişsiz hava şəraiti səbəbindən baş verə biləcəyi ehtimal olunur.
Seçilən
46
50
moderator.az

10Mənbələr