AZ

İranın son hücumu nəticəsində İsraildə ölənlərin sayı 8-ə çatıb, 200 nəfər yaralanıb

İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 8əfər həlak olub...

İranın İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb.

APA xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Məlumata görə, təxminən 200 nəfər yaralanıb, onlardan ən azı 65 nəfər xəstəxanaya yerləşdirilib. Xilasedicilər hələ də azı 35 itkin düşən şəxsin axtarışını davam etdirirlər.

The Times of Israelin məlumatına görə, Təl-Əvivin ətrafındakı Bat-Yam şəhərində raket çoxmərtəbəli yaşayış binasına düşüb. Nəticədə dörd nəfər, o cümlədən iki uşaq həlak olub. Dağıntılar altında təxminən 35 nəfərin qaldığı ehtimal olunur.

Temre şəhərinə endirilən zərbə nəticəsində daha dörd nəfər həyatını itirib. Ən azı 14 nəfər yaralanıb. Rəxovot şəhərində də xilasedicilər dağıntılar altında zərərçəkənləri axtarırlar.

Poliqon.info

Seçilən
38
7
poliqon.info

10Mənbələr