AZ

İsraildə ölənlərin sayı 8-ə çatıb, 200 nəfər yaralanıb

İranın İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Məlumata görə, təxminən 200 nəfər yaralanıb, onlardan ən azı 65 nəfər xəstəxanaya yerləşdirilib. Xilasedicilər hələ də azı 35 itkin düşən şəxsin axtarışını davam etdirirlər.

The Times of Israelin məlumatına görə, Təl-Əvivin ətrafındakı Bat-Yam şəhərində raket çoxmərtəbəli yaşayış binasına düşüb. Nəticədə dörd nəfər, o cümlədən iki uşaq həlak olub. Dağıntılar altında təxminən 35 nəfərin qaldığı ehtimal olunur.

Seçilən
44
7
demokrat.az

10Mənbələr