İsrailin Hayfa şəhərindəki neft emalı zavodu İranın ballistik raketi ilə vurulub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi teleqram kanalında məlumat yayıb.
“Hayfa neft emalı zavodu İran raketləri ilə uğurla hücuma məruz qalıb”, – paylaşımda qeyd olunur.
Daha əvvəl İranın hücumu fonunda Hayfada güclü partlayışların baş verdiyi bildirilib. Şəhərə İran raketlərinin düşməsi qeydə alınıb.