AZ

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son hadisələri müzakirə ediblər

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İstanbul, 15 iyun, Günel Karatepe, AZƏRTAC

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidan ilə Sergey Lavrov arasında telefon danışığı olub. İki nazir bölgədəki son vəziyyəti müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, danışıq zamanı İsrail ilə İran arasındakı gərginlik, yaranmış bu vəziyyətin mümkün qlobal və regional təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Hakan Fidan hadisələrin narahatedici olduğunu vurğulayaraq, qarşıdurmaların sona çatması və İranın nüvə fəaliyyətləri ilə bağlı fikir ayrılıqlarının həllinin yeganə yolunun diplomatiya olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
481
50
azertag.az

10Mənbələr