Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, İsrailin Tehrana vurduğu son üç zərbəsi nəticəsində 73 qadın və uşaq ölüb.
Bizimyol.info xəbər verir ki, bu barədə Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
"İsrail təbliğatı sanki yaşayış binalarına heç bir ziyan vurmadığını iddia edir. Reallıqda isə Tehrana vurulan son üç zərbə nəticəsində 73 qadın və uşaq həlak olub", - deyə o qeyd edib.
XİN nümayəndəsi bildirib ki, Şəhid Çamran şəhərində yaşayış binasının uçması nəticəsində həlak olan 20 uşaqdan 10-nun meyiti dağıntılar altındadır.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.