Türkiyəli aktrisa Fadik Atasoy keçmişdə süd vəzi xərçənginə tutulduğunu və iki il davam edən müalicə prosesindən sonra xəstəliyə qalib gəldiyini açıqlayıb.
Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, sonuncu dəfə "Kardeşlerim" serialında rol alan aktrisa yaşadığı çətin dönəmi və anası Emel Göksu ilə aralarındakı emosional dəstəyi səmimi şəkildə bölüşüb:
“Bəzən bu yük mənə çox ağır gəlirdi. Anama deyirdim ki, mən bunu daşıya bilmirəm. O isə mənə "Dərhal hamama gedirsən, makiyajını edirsən, gülümsəyirsən və həyatına davam edirsən" deyirdi və məni yataqdan qaldırırdı".
Aktrisa əlavə edib ki, bu xəstəliyi psixoloji gücü ilə dəf edib:
“Bitir dedim, bitdi. Küllərimdən yenidən doğuldum".