AZ

Lənkəran polisi əməliyyat keçirdi – 18 kq narkotik AŞKARLANDI

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Şamaxı sakini 65 yaşlı Əzizağa Səlimli, əvvəllər olunmuş Cəlilabad sakinləri –  42 yaşlı Rəcəb Mahmudov və 44 yaşlı Anar İsmayılov saxlanılıblar.

Viral.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən 18 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Son Yazılar:

İlkin araşdırma zamanı onların şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
3
32
viral.az

10Mənbələr