Türkiyə İranla İsrail arasında münaqişəni dayandırmaq üçün diplomatik səylər göstərir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib:
“Cümə günündən bəri həm şəxsən, həm də xarici işlər nazirimiz qarşıdurmaları dayandırmaq üçün sıx diplomatik hərəkətlər həyata keçiririk”.
O qeyd edib ki, Türkiyə vasitəçilik də daxil olmaqla, lazım olan hər addımı atmağa hazırdır.