AZ

Torpağa basdırılmış 2 min güllə aşar edilib - FOTO

Şəkidə qanunsuz silah-sursat saxlanması və narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 64 yaşlı Nizami Seyidov saxlanılıb.

Həmin şəxsdən 1 ədəd “Kalaşnikov” avtomatı, daraq və 51 ədəd patron, eləcə də aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə kolları aşkarlanıb.

Davam etdirilən tədbirlərlə N.Seyidovun həmin silahı tanışı Vahid Həşimov və Pərviz Cabbarovdan əldə etdiyi müəyyən edilib. Onlar da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. V.Həşimovdan əlavə olaraq torpağa basdıraraq saxladığı 1960 ədəd patron, ov tüfəngi və çətənə kolları aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 


Seçilən
1
21
herbiand.az

10Mənbələr