AZ

“Sabah” Avroliqada bu 4 klubdan birinə rəqib olacaq

Azərbaycan Kubokunun qalibi “Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, paytaxt təmsilçisinin mümkün rəqiblərinin sayı dördə düşüb. Bunlar “Şaxtyor” (Donetsk, Ukrayna), “Şerif” (Moldova), “Çelye” (Sloveniya) və “Spartak”dır (Trnava, Slovakiya).

Raundun püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində təşkil olunacaq. Tədbirə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Qeyd edək ki, “Sabah” Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu iyulun 10-da keçirəcək. Cavab görüşü isə ayın 17-də baş tutacaq.

Seçilən
21
33
arena.az

10Mənbələr