İsrailin İrana irimiqyaslı hücumlarının davamında ölkə vətəndaşları Tehranı tərk etməyə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, ötən gecədən bu kütləvi hal alıb. Hətta şəhərdən çıxanda kilometrlərlə tıxac müşahidə olunur. Bu haqda görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iranlıları Tehrandan “dərhal təxliyə etməyə” çağırıb. İsrail də eyni çağırış edib.
Telegram kanalımız