Bakıda qanunsuz olaraq vətəndaşın evini sökməkdə təqsirləndirilən “Pilot-16” MMC-nin iş icraçısı Əlisahib Əzizovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib...
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub və aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilib. Əlisahib Əzizova yaşayış yerini tərk etməmək şərtilə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Nəsmi Rayon Məhkəməsinin hökmünə əsasən, Əlisahib Əzizov 4 il müddətə şərti azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişdirərək Əlisahib Əzizovun 4 il müddətə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.
O, Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma), 186.2.2 (Özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
Poliqon.info