AZ

Evlənmək üçün İsrailə getdi, geri qayıda bilmir

“Tottenhem”in futbolçusu Manor Solomon evlənmək üçün vətəni İsrailə gedib və geri qayıda bilmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İngilərə mətbuatı məlumat yayıb. 

O, İsraillə İran arasında başlayan müharibə səbəbindən bu problemlə üzləşib.

London klubunun rəsmiləri də xəbəri təsdiq edib. Onlar bildirib ki, futbolçu ilə daim əlaqə saxlayırlar. 

Qeyd edək ki, İsrail hava məkanını iyunun 13-dən bağlayıb. Buna görə də uçuşlar dayanıb.

 

Seçilən
13
5
qafqazinfo.az

7Mənbələr