İsrail Hərbi Hava Qüvvələri İran dövlət televiziyasının binasına zərbə endirib. İranla İsrail arasında davam edən silahlı münaqişə artıq Azərbaycanın Naxçıvan Muxtar Respublikasına da təsir göstərib.
Musavat.com-un əldə etdiyi məlumata görə, İran ərazisindəki qaz nəqli infrastrukturunun bombalanması nəticəsində bu ölkə üzərindən Naxçıvana qaz nəqli dayanıb.
Naxçıvandakı hökumət mənbələrinin verdiyi məlumata əsasən, İran üzərindən qazın ötürülməsi mümkün olmadığından Azərbaycan dövləti dərhal alternativ marşruta keçib. Hazırda Naxçıvana qaz Türkiyə üzərindən nəql olunur.
Mənbələr bildirirlər ki, bu keçid ani və zəruri bir qərar olub. İndi Muxtar Respublikanın qazla təminatı Türkiyə istiqamətindən həyata keçirilir. Rəsmi orqanlar məsələ ilə bağlı yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat verəcəklər.
Hazırda bölgədə qaz verilişində fasilə müşahidə olunmasa da, dəyişikliklər texniki və logistik baxımdan ciddi koordinasiya tələb edir. Həmçinin, İran ərazisindəki gərginliyin artması fonunda bu tip fövqəladə halların təkrar baş vermə ehtimalı istisna olunmur.
İsrailin müdafiə naziri İsrael Katz İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini hərbi cinayətlərdə ittiham edib.
Musavat.com xəbər verir ki, o, Xameneiyə İraqın keçmiş prezidenti, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin ölkəyə müdaxiləsindən sonra devrilərək həbs olunan Səddam Hüseynin taleyini də xatırladıb.
“Mən İran diktatoruna xəbərdarlıq etmək istəyirəm ki, onlar hərbi cinayətləri və İsrailin dinc sakinlərinə qarşı raket hücumlarını dayandırmalıdır. Bu şəxs İranla qonşu ölkənin İsrail dövlətinə qarşı çıxmaq istəyən diktatorunun taleyini xatırlamalıdır”, - Katz qeyd edib.
“İsrail İranla uzunmüddətli müharibə apara bilməyəcək”. İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Təlayin deyib.
“Bizə müəyyən ziyan dəysə də, sionist düşmən (İsraili nəzərdə tutur - red.) strateji baxımdan müqavimət göstərmək və uzunmüddətli müharibəyə tab gətirmək iqtidarında deyil. Bu rejim, bu sionist düşmən məğlub olacaq. Sionist rejimin onurğa sütunu qırılacaq”, - sözçü bildirib.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çox sayda yüksək səviyyəli hərbçi və nüvə alimləri ölüb. İran İsrailə cavab verib. Tel-Əviv və digər şəhərlərə yüzlərlə ballistik raket və PUA göndərib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Fikrət Fəraməzoğlu ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv