AZ

Sabah ın Avropa Liqasındakı rəqibi müəyyənləşdi

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan kubokunun qalibi "Sabah"ın da rəqibi bəlli olub.

Püşkatma zamanı səpələnməmişlər səbətində yer alan "Sabah" Sloveniyanın "Sele" klubuna rəqib olub.

Qeyd edək ki, "Sabah" ilk oyununu iyulun 10-da Bakıda, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Əlavə edək ki, Azərbaycanın avrokuboklardakı digər təmsilçiləri "Qarabağ" (Çempionlar Liqası), "Zirə" və "Araz-Naxçıvan"dır (Konfransa Liqası). Bu komandaların rəqibləri isə sabah keçiriləcək püşkatmada bəlli olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
qol.az

10Mənbələr