Bülbül Adına Orta İxtisas Musiqi Məktəbinin Həmkarlar İttifaqının sədri müəyyənləşib.
Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bülbül Adına Orta İxtisas Musiqi Məktəbinin Həmkarlar İttifaqının sədri vəzifəsinə Hikmət Ağaxanoğlu seçilib.
O, bu vəzifədə məktəbin fortepiano müəllimi, Əməkdar müəllim fəxri adına layiq görülən Zərifə Orxan qızı Məmmədyarovanı əvəzləyib.
Qeyd edək ki, Hikmət Ağaxanoğlu 2016-cı ildə dekabrın 25-də dünyasını dəyişən Xalq artisti Ağaxan Abdullayevin oğludur.