AZ

Məşhur iş adamı İrəvanda SAXLANILDI

Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda saxlanılıb.

Modern.az bu barədə "ArmLur.am"a istinadən xəbər verir.

Məlumata görə, hazırda Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri müvafiq tədbirlər həyata keçirir.

Deputat Artur Hovannisyan Ermənistan Milli Assambleyasında bildirib: “Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq".

Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar. Qeyd olunur ki, hazırda iş adamının Ulnetsi küçəsində yerləşən mənzilində axtarış aparılır.

Qeyd edək ki, buna səbəb Samvel Karapetyanın kilsənin müdafiəsi barədə səsləndirdiyi fikirlər olub.

Seçilən
4
11
modern.az

10Mənbələr