İsrailin İrandakı dinc nüvə obyektlərinə zərbələri qanunsuzdur və dünyanı nüvə fəlakətinə sövq edir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edilib ki, İsrailin hücumlarını yalnız onların faktiki şəriki olan dövlətlər dəstəkləyir.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, İran-İsrail münaqişəsinin hazırkı gərginləşməsi bütün Yaxın Şərq regionunda vəziyyətin daha da gərginləşməsi riskləri yaradır.