Bakıda tükürpədən cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət iki yeniyetməyə qarşı cinsi zorakılıq etməkdə ittiham olunan X.A-dan gedir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.A 19 il 11 ay 28 gün azadlıqdan məhrum edilib.
O, intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə təqsirli bilinib. Bu maddələrin sanksiyasının ən yuxarı həddi 20 ildir.