Bir neçə gün əvvəl Cəlilabad rayonunda maraqlı hadisə baş verib.
Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, haqqında borc məsələsinə görə şikayət olduğu üçün polis şöbəsinə çağırılan Masallının kəndlərindən birinin sakini, 2000-ci il təvəllüdlü S.Seyidov (şərti) barəsində inzibati protokol tərtib edilib. Xırda xuliqanlıq əməli törətməkdə də şübhəli bilinən gənc saxlanılaraq rayon məhkəməsinə göndərilib.
Amma S.Seyidov ifadəsində bildirib ki, haqqındakı şikayət ailəsi tərəfindən edilib və əsassızdır: “Babamla polis şöbəsinə gəldim. Məlum oldu ki, barəmdə protokol tərtib olunub. Lakin haqqımda deyilənlər həqiqətə uyğun deyil. İqtisad Universitetinə 600 balla qəbul olmuşam. Universiteti bitirib Rusiyanın Sankt-Peterburq şəhərinə işləməyə getdim. Orada Tacikistan vətəndaşı olan qızla dini kəbin kəsdirərək evləndim.
Son Yazılar:
- “Atam məni tacik qızdan ayırmaq üçün həbs etdirmək istəyir”
- Bakıya istirahətə gəlmişdi, estetik əməliyyatdan sonra öldü
- Olimpiya çempionumuz tatamiyə ÇIXIR
Daha sonra müvafiq sənədlərim olmadığı üçün Bakıya qayıtdım, Mehdiabad qəsəbəsində kirayə ev tutaraq orada tacik həyat yoldaşımla yaşamağa başladıq. Hazırda qız evdə təkdir. Evdə telefon, pul və ərzaq yoxdur, onun burada tanıdığı kimsə də yoxdur. Atam məni qızdan ayırmaq üçün plan qurub, məni həbs etdirmək istəyir”.
Şahid qismində ifadə verən S.Seyidovun babası da nəvəsinin dediklərini təsdiq edib.
Məhkəmə S.Seyidovun əməlində xəta olmadığı qənaətinə gəlib və icraata xitam verərək onu sərbəst buraxıb.