Bakı. Trend:
İranın ali lideri ayətullah Əli Xameneyi ABŞ-ni təhdid edib. Obildirib ki, Vaşinqton İsrailin İslam Respublikasına qarşıtəcavüzünə qoşulmağa qərar versə, bu, Birləşmiş Ştatlar üçünbərpaolunmaz fəsadlarla nəticələnəcək.
Trend bu barədəİran KİV-ə istinadən xəbər verir.
“Hikmətli insanlar – İranı, onun xalqını və tarixini tanıyanlar– bu ölkə ilə heç vaxt hədə dili ilə danışmaz, çünki İran xalqı heçvaxt təslim olmur. Amerikalılar bilməlidirlər ki, ABŞ hər hansıhərbi müdaxilə nəticəsində, şübhəsiz ki, bərpaolunmaz ziyangörəcək”, – deyə o, xalqa müraciətində bildirib.
Xameneyinin sözlərini onun mətbuat xidməti yayıb.
Qeyd olunub ki, İranın ali lideri bu fikirləri ABŞ prezidentiDonald Trampın son açıqlamalarına cavab olaraq səsləndirib. Ağ Evrəhbəri bundan əvvəl Tehrandan “dərhal təslim olmağı” tələbetmişdi.