Demokrat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Ağdam təmsilçisi bu raundda "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Təcrübəli mütəxəssis çoxdandır belə komandalara qarşı oynamadıqlarını söyləyib: “Baxmayaraq ki, “Linfild” bizə tanış rəqibdir. Onlara qarşı gərgin oyunlarımız keçmişdi. Ümumilikdə stabil komandadır. İrlandiya futbolu da sürətlə inkişaf etməyə başlayıb. Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir. Tez bir zamanda ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq. Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda, Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır. Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik. Buna uyğun proqram quracağıq”.
10Mənbələr
-
musavat.comQurban Qurbanov ÇL-in püşkünü dəyərləndirdi ( 18391765)
-
azadmedia.azQurban Qurbanov: "Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir" » AzadMedia.az ( 18390868)
-
cebheinfo.azQurban Qurbanov püşkü dəyərləndirdi ( 18389491)
-
bizim.mediaQurban Qurbanov: “Hər iki komanda bizə uyğun olmayan rəqibdir” ( 18388834)
-
news24.azMatça hazır olmağa çalışacağıq - Qurbanov ( 18382249)
-
sfera.azQurban Qurbanov ÇL-in püşkünü dəyərləndirdi ( 18387988)
-
news.milli.azQurban Qurbanov ÇL in püşkünü dəyərləndirdi ( 18387508)
-
milli.azQurban Qurbanov ÇL-in püşkünü dəyərləndirdi ( 18387478)
-
qafqazinfo.azQurban Qurbanov püşkü dəyərləndirdi ( 18385384)
-
manset.azÇempionlar Liqasının ilk matçına hazır olmağa çalışacağıq - Qurban Qurbanov ( 18384697)