“Mançester Yunayted”in əfsanəsi Ueyn Runi məşqçiliyə qayıdıb-qayıtmayacağı ilə bağlı sualı cavablandırıb.
Msport.az 39 yaşlı mütəxəssis televiziyadakı işindən razılıq bildirib.
O, karyerasını ekspert kimi davam etdirmək istədiyini söyləyib: “Məlum olduğu kimi, hazırda yalnız televiziya ilə məşğul oluram. Bu, mənim zövq aldığım işdir. Bu işi daha çox sevirəm. Karyeramı ekspert kimi davam etdirəcəyəm”.
Qeyd edək ki, Ueyn Runi məşqçilik karyerasına 2019-cu ildə başlayıb. O, “Derbi Kaunti”, “Di Si Yunayted”, “Birmingem” və “Plimut” klublarını çalışdırıb.