AZ

OECD-lə ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi İnzibatçılığı Forumu (FTA) arasında ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi müzakirə olunub. SİA bu barədə Xidmətə istinadən xəbər verir.

Məlumata görə, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli FTA-nın ƏDV və vergi inzibatçılığı şöbəsinin rəhbəri Klauda Vargas ilə görüş keçirib. Görüşdə tərəflər vergi inzibatçılığı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl idarəetmə təcrübələrinin paylaşılması və yeni texnoloji yanaşmaların tətbiqi imkanlarını müzakirə ediblər.

O.Nəzərli Azərbaycanın vergi sistemində həyata keçirilən rəqəmsal transformasiya, vergi şəffaflığının artırılması və riskə əsaslanan yanaşmaların tətbiqi sahəsində görülən işlər barədə ətraflı məlumat verib və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.

K.Vargas OECD-nin Vergi İnzibatçılığı Forumu çərçivəsində tərəfdaş ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verildiyini vurğulayıb. O, ƏDV inzibatçılığı ilə bağlı OECD-nin tövsiyələri və yeni təşəbbüsləri barədə məlumat verib.

Tərəflər beynəlxalq səviyyədə vergi şəffaflığı və məlumat mübadiləsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Seçilən
4
4
sia.az

10Mənbələr