Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Tbilisi, 19 iyun, AZƏRTAC
Avropa Parlamenti Gürcüstanla bağlı yeni qətnamə layihəsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Gürcüstanda media azadlığı, xüsusən də Mzia Amaqlobelinin işi” adlı qətnamənin lehinə 324, əleyhinə 25 deputat səs verib, 87 deputat isə bitərəf qalıb.
Qətnaməyə əsasən, Avropa Parlamenti jurnalist Mzia Amaglobelinin dərhal və qeyd-şərtsiz azad edilməsi, FARA qanunun qəbulundan sonra mətbuata təzyiqlərin azaldılması, qrantlarla bağlı qanuna dəyişikliklərin olunmasını tələb edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.