AZ

Azərbaycanlı məktəbli ölkəyə qızıl medal gətirdi

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı şəhəri 132-134 saylı liseyin şagirdi Mirel Mustafazadə beynəlxalq olimpiadada böyük uğura imza atıb.

"Unikal" xəbər verir ki, 3-cü sinif şagirdi Mirel Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi, “Future Intelligence Students Olympiad” (FISO) olimpiadasında ingilis dili fənni üzrə qızıl medal qazanıb.

Öz kateqoriyası üzrə ən yaxşı nəticələrdən birini göstərdiyinə görə, həmyerlimizə qızıl medaldan əlavə “Brilyant mükafat” (Diamond Award) da təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
14
unikal.az

10Mənbələr