AZ

Arvadına 4 bıçaq vuran şəxsə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qüdrət Səmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ona şərti cəza verilib.


İttihama görə, hadisə 09 sentyabr 2024-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu ərazisində qeydə alınıb.


Belə ki, sərxoş vəziyyətdə olan Qüdrət Səmədov həyat yoldaşı Sənəm Səmədova (adı, soyadı şərtidir) ilə aralarında ailə-məişət zəminində mübahisə yaranıb. Bu zaman o, qadının onu təhqir etməsindən əsəbiləşərək üzərində gəzdirdiyi bıçaqla arvadına ümumilikdə 4 zərbə endirərək, ona ağır bədən xəsarətləri yetirib.


Hadisədən sonra Qüdrət Səmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 

Kamal Məmmədov 

Tarix: 20 İyun 2025, 09:26   
Seçilən
9
1
pravda.az

2Mənbələr