AZ

Müəllimlərin sertifikasiya imtahanı başa çatıb

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.Bu barədə MÜTDA məlumat verib.

Bildirilib ki, iyunun 20-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub. Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 3300 nəfər müəllim iştirak edib, 90% davamiyyət qeydə alınıb.

Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 19:00-dan etibarən başlanılacaq.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Seçilən
4
23
anews.az

10Mənbələr