Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qazaxıstanın Konayev şəhərində keçirilən "Qonaev City Cup" beynəlxalq futbol turnirinə yekun vurulub.
İdman.biz xəbər verir ki, "Sabah"ın U-14 komandası turnirin yarımfinal mərhələsində yerli "Ceyran" klubunu böyük hesabla məğlub edib - 9:0.
İlqar Mənsimovun baş məşqçisi olduğu heyət final oyununda Qazaxıstanın OSDYŞ komandasına da eyni hesabla (9:0) qalib gələrək, turniri çempion kimi başa vurub.
"Qonaev City Cup"
Yarımfinal Ceyran - Sabah - 0:9
Qollar: Əli Hacıyev (4), Murad Məmmədzadə (4), Həsən Məhmədov. Final
Sabah - OSDYŞ Konayev - 9:0
Qollar: Murad Məmmədov (4), Həsən Ramazanov, Ülvi Əlizadə (2), Həsən Məhmədov, Oruc Nəcəfli.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.