AZ

Deputat təklif edir ki, Naxçıvanın statusu ləğv olunsun

Naxçıvan Muxtar Respublikasının ləğv olunması barəsində düşünmək lazımdır. . Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. 


“Naxçıvan həmişə həyat səviyyəsi aşağı olub. Bunun səbəbi əkin sahələrinin az olması, digər səbəbi məmurların çoxluğu idi. Məmur təbəqəsi inkişafın qarşısında problem idi. İndi də yeni bir icra orqanı strukturu yaradırıq. Konstitusiyanın 135 maddəsinə görə Naxçıvanda icranı Nazirlər Kabineti həyata keçirir”, - deputat bildirib. 


Həsənquliyev təklif edir ki, Naxçıvanda Muxtar Respublikasının saxlanılmasına ehtiyac yoxdur. 
“Muxtariyyətin ləğvi barəsində düşünmək lazımdır. Bu həm idarəetmədə xərclərin azaldılması da deməkdir”, - deputat  bildirib. 

Gülnar Nazimqızı 
 

Seçilən
8
14
anews.az

10Mənbələr