AZ

“UFC Fight Night”: ilk qalib məlum oldu

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ilk görüş keçirilib.

Futbolpress.az xəbər verir ki, “UFC Fight Night”ın birinci qarşılaşmasında Hamdi Abdel Vahab (Misir) Muhammad Usmanla (Nigeriya) üz-üzə gəlib. Ağır çəkidə üç raund davam edən dueli qazanan Usmanın qələbəsiylə başa çatıb.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

Seçilən
1
40
futbolpress.az

10Mənbələr