Bu gün Bakıda ilk dəfə UFC turniri keçirilir.
İdman.biz xəbər verir ki, Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night"də 6 döyüşə yekun vurulub.
Turnirdə Azərbaycan 3 döyüşçü ilə təmsil olunur.
Tarixi gecədə ikinci ən vacib döyüş reytinq cədvəlinin 11-cisi olan Rafael Fiziyevlə çilili İqnasio Baxamondes arasında keçiriləcək. Digər təmsilçimiz Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə münasibətinə aydınlıq gətirəcək. UFC-nin debütantı Tofiq Musayev isə qırğız Mıktıbek Oralbayla üz-üzə gələcək.
"UFC Fight Night"in əsas döyüşü isə keçmiş yarım ağır çəki çempionu Camaal Hilllə sabiq kəmər iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.
Əsas kart
Yarım yüngül çəki: Muhammad Nayimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)
Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)
Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)
Yüngül çəki: Tofiq Musayev (debütant, Azərbaycan) - Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan)
Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili)
Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xalil Rauntri Jr (14-6-0, ABŞ).
İdman.biz