Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində əsas görüşlərə start verilib.
"Report"un məlumatına görə, ilk olaraq Məhəmməd Nayimov (Tacikistan) Boqdan Qradla (Avstriya) üz-üzə gəlib.
Yarım yüngül çəkidəki qarşılaşmada Tacikistan təçsilçisini rəqibini üç raundun yekununda məğlub edib.
“UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.