AZ

“UFC Fight Night”: Nazim Sadıxov Bakıda braziliyalı rəqibini vaxtından əvvəl məğlub edib

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Nazim Sadıxov Braziliyadan olan Nikolas Motta ilə üz-üzə gəlib.

Yüngül çəkidəki görüşdə Sadıxov qalib gəlib. O, ikinci raundda rəqibini nokautla məğlub edib.

“UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq.

Seçilən
3
41
report.az

10Mənbələr