Bu gün Bakıda tarixi gündür.

Offsideplus az xəbər verir ki, paytaxtımızda ilk dəfə nüfuzlu UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) yarışı keçirilir.

"Baku Crystall Hall"da təşkil olunan gecədə əsas və ilkin kartın hərəsində 6 olmaqla ümumilikdə 12 döyüş baş tutacaq.

Öncə ilkin kartın iştirakçıları oktaqona çıxırlar.

Saat 23-də isə əsas kartda mübarizəyə start veriləcək.

Yerli publika önündə 3 azərbaycanlı - Rafael Fiziyev, Nazim Sadıxov və bu yaxınlarda UFC ilə müqavilə bağlamış Tofiq Musayev döyüşəcək.

UFC Baku Fight Night, 21 iyun

İlkin kart

1) 20:25 Ağır çəki: Hamdi Abdelvahab (6-0-0, Misir) - Muhammed Usman (11-4-0, Nigeriya)

Hakimlərin yekdil qərarı ilə nigeriyalı Muhammed Usman qalib gəlir - 29:28; 29:28; 29:28. Bu, Hamdi Abdelvahabın karyerasında UFC-də ilk məğlubiyyəti olur.

2) 20:50 Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)

UFC əfsanəsi Həbib Nurməhəmmədov və yüngül çəkidə çempion İslam Maxaçovun müşayiət etdiyi Taqir Ulanbekov hakimlərin yekdil qərarı ilə qələbə qazanır: 29:28; 29:27; 29:27 

 

3) 21:15 Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa)

Azərbaycanlıların xüsusi simpatiya bəslədiyi Klaudiya Siqula hakimlərin yekdil qərarı ilə qələbə qazanır: 30:27; 30:27; 30:27

4) 21:40 Yarımyüngül çəki: Darya Jeleznyakova (9-2-0, Rusiya) - Melissa Mullins (7-1-0, İngiltərə)

Rusiyanın digər qadın təmsilçisi Darya Jeleznyakova qalib gəlir. Hər üç hakim onun xeyrinə qərar verir: 30:27; 30:27; 29:28

 

5) 22:05 Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Yun Yonq Park (18-6-0, Cənubi Koreya)

6) 22:30 Yarımorta çəki: Seohyuyeon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliot (12-2-0, Uels)

Cənubi Koreyanın ikinci təmsilçisi də Bakıda aşkar üstünlüklə uğur qazanır: 30:27; 30:27; 30:27.

Əsas kart

7) 23:00 Yarımyüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)

Əsas kartın birinci döyüşündə tacik Məhəmməd Naimov hakimlərn yekdil qərarı ilə rəqibini məğlub edir. Hər 3 hakimin qərarı eyni olur: 29:27 

 

8) 23:30 Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)

Nazim Sadıxov doğa publika önündə möhtəşəm qələbə qazanır. Həmyerlimiz Nikolas Mottanı ikinci raundda nokauta göndərdi. Bu, UFC Baku Fight Night-da ilk nokautdur.

9) 00:00 Yüngül çəki: Tofiq Musayev (debütant, Azərbaycan) - Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan)

10) 00:30 Ağır çəki: Kurtis Blaydes (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)

11) 01:00 Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Bahamondes (17-5-0, Çili)

12) 01:30 Yarımağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xalil Rauntri Junior (14-6-0, ABŞ)